"Bu mənim üçün çox şey deməkdir" - Benzema

"Real"ın futbolçusu Kərim Benzema Çempionlar Liqasının finalında "Liverpul"la qarşılaşmada qazanılan qələbəni (1:0) şərh edib.

Newsport.az-ın məlumatına görə, o deyib: “Bu komanda ilə fəxr edirik. Biz "Qızıl dubl" etdik və buna layiqik. Çətin oyun idi, amma bu, həmişə Çempionlar Liqasında, hətta finalda da olur. Öz ölkəm olan Fransada daha bir Çempionlar Liqasını qazanmaq mənim üçün çox şey deməkdir”.

Qeyd edək ki, Benzema 15 qol vuraraq Çempionlar Liqasında bu mövsümün ən yaxşı bombardiri olub.

Xatırladaq ki, "Real" 2021/2022 mövsümündə La Liqanın da qalibi olub.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right