Klopp mövsümün ən yaxşısıdır

İngiltərə Premyer Liqasında 2021/22 mövsümünün ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.
 
Newsport.az xəbər verir ki, bu, "Liverpul"un çalışdırıcısı Yurgen Kloppdur. 54 yaşlı mütəxəssisin komandası mövsümü 2-ci pillədə başa vurub. 

Klopp karyerasında ikinci dəfə bu mükafatı qazanıb. O, ilk dəfə 2020-ci ildə bu mükafatı alıb. Kloppdan başqa, yalnız Aleks Ferqyuson (11), Arsen Venger, Joze Mourinyo və Pep Qvardiola (hər biri 3 dəfə) Premyer Liqada bir dəfədən çox mövsümün baş məşqçisi olub.

Klopp həmçinin Liqa Menecerləri Assosiasiyası (LMA) tərəfindən Premyer Liqada mövsümün çalışdırıcısı seçilib .

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right