"Trabzonspor" "Bavariya"dan oyunçu gətirir

“Bavariya”nın braziliyalı müdafiəçisi Dante karyerasını Türkiyədə davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, 33 yaşlı futbolçu “Trabzonspor” klubu ilə danışıq aparır. Türklər təcrübəli müdafiəçini yay transferi dövründəcə heyətlərinə qatmaq niyyətindədilər. “Bavariya” rəhbərliyi də Dante ilə yolları ayırmağa qarşı deyil.
 

Münhen klubunda əsas heyətə düşməkdə çətinlik çəkən braziliyalının “Trabzonspor”a keçidinə bir amil mane ola bilər. Məsələ burasındadı ki, Dante “bordo-mavililər”dən illik 5 milyon avro məvacib tələb edir. Türklər isə bu məbləği ödəməyə hazır deyillər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right