Laporta Levandovskinin mümkün transferindən danışdı

"Barselona"nın prezidenti Joan Laporta "Bavariya"nın futbolçusu Robert Levandovskini transfer edəcəkləri barədə yayılan məlumatlar haqqında danışıb. 

Newsport.az xəbər verir ki, o, AS-a açıqlamasında deyib:

"Levandovski "Barselona"ya keçəcəkmi? Rəhbərlik və texniki işçilər klubun inkişafı üçün işləyir. Mən ətraflı cavab vermək istəmirəm. Biz daha rəqabətədavamlı olmaq üçün çalışırıq. Lakin maliyyə vəziyyətimizi nəzərə alsaq, bu, asan deyil. Biz klubun iqtisadiyyatını yaxşılaşdırmağa çalışırıq. Yalnız bundan sonra biz əməliyyatları həyata keçirə biləcəyik. Ümid edirəm, deyə bilərəm ki, bir illik işimizdən sonra vəziyyəti yaxşılaşdırdıq. Əgər maliyyə durumunu düzəldə bilsək, düşündüyümüz bütün transferlər həyata keçəcək”.

Qed edək ki, daha əvvəl Levandovskinin Münhen klubundan ayrılmaq istədiyi bildirilirdi. Polşalı hücumçunun "Bavariya" ilə müqaviləsi 2023-cü il yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right