Qazaxıstan millisinin müdafiəçisi Azərbaycana qarşı oynamayacaq

Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibi olan Qazaxıstan itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, müdafiəçi Nurlan Dairov sıradan çıxıb. Bu barədə onun çıxşı etdiyi "Taraz" klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı oyunçu Qazaxıstan yığmasının Millətlər Liqasındakı ilk görüşlərini buraxacaq.

Azərbaycan millisi Qazaxıstanla iyunun 3-də qarşılaşacaq. Oyun "Astana Arena"da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right