"Futbolçular məni sevmirlər" Tuhel

"Çelsi"nin baş məşqçisi Tomas Tuhel komandanın futbolçularının onu sevmədiyini düşünür. 

Newsport.az xəbər verir ki, buna səbəb mütəxəssisin istirahət günü oyunçuları məşqə çağırmasıdır.  Tuhel deyib: 

"Hər gün sevilmək istəyirsinizsə, yüksək səviyyəli bir məşqçi olmalısınız. Mən bunu bacarmayacağam. Düşünürəm ki, futbolçularım hazırda məni sevmirlər. Çünki oyunçuların çoxu 30 dəqiqəlik bir komanda müzakirəsi və daha sonra oyunları təkrar izləməyi gözləyir. Mənim boş istirahət gününə ehtiyacım var. Amma bu, olmadı. İstirahət günümü ləğv etdim. Bazarertəsi üçün də bəzi planlarım var idi. Ancaq mən onları etmədim. Futbolçularım da istirahət günlərində oyunları təkrar izlədilər. Heç kim maşınına minb qaçmadı. Onlar məsuliyyəti öz üzərlərinə götürməyi bacarırlar. Komandada sevdiyim şey də budur". 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right