"Bavariya"nın futbolçusu Serj Qnabri İspaniyaya yollanmağa hazırlaşır.
Newsport.az "Fichajes"ə istinadən xəbər verir ki, Almaniya millisinin üzvü Münhen klubu ilə yeni müqavilə şərtlərində razılıq əldə edə bilmədiyinə görə "Real"a keçmək istəyir.
O, artıq Madrid klubunun rəsmilərilə danışıqlara start verib. Futbolçu "Bavariya"da qazandığı qədər "Real"dan maaş istəyib. Tərəflər ilkin razılıq əldə edib.