Haaland Ronaldodan çox qazanacaq

2022/2023 mövsümündən "Mançester Siti"də oynayacaq Erlinq Haalandla imzalanan müqavilənin bəzi detalları məlum olub.
 
Newsport.az "Daily Mail"ə istinadən xəbər verir ki, norveçli hücumçu həftəlik 585 min avro maaş alacaq. Bu, Premyer Liqanın ən yüksək maaş alan iki futbolçusu Kriştiano Ronaldo ("Mançester Yunayted") və Kevin de Brüynenin ("Mançester Siti") hazırda qazandıqları məbləğdən çoxdur.
 

Qeyd edək ki, Haaland bu mövsüm Bundesliqada 23 oyuna çıxıb, 21 qol vurub və 7 qolun ötürməsini verib.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right