"Borussiya" 20 yaşlı forvardı transfer edir

"Zalsburq"un hücumçusu Karim Adeyemi karyerasını "Borussiya"da davam etdirəcək.

Newsport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Dortmund təmsilçisi 20 yaşlı forvard üçün klubuna rəsmi təklif göndərib.

Artıq tərəflər razılığa gəlib. Erlind Haalandın gedişindən sonra "Borussiya"nın hücum xəttində məhz 20 yaşlı forvard yer alacaq. Almaniya klubu gənc futbolçu üçün Avstriya təmsilçisinə 38 milyon avro ödəyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right