"Bavariya" "Ayaks"dan futbolçu transfer etdi

Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Newsport.az xəbər verir ki, Münhen təmsilçisi "Ayaks"dan Rayan Qravenberxi transfer edib. Bundesliqa klubu 19 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayına qədər müqavilə müqavilə bağlayıb. Rəsmi açıqlama yaxın zamanda veriləcək.

 

Niderlandlı futbolçu "Bavariya"da illik 4,5 milyon avro qazanacaq.


Qeyd edək ki, Rayan Qravenberx cari mövsümdə "Ayaks"ın heyətində meydana çıxdığı 42 oyunda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right