PSJ qələbəni əldən verdi

Futbol üzrə Fransa çempionatında 36-cı tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun ilk matçında cari mövsümdə uğursuz çıxış edən “Lill” “Monako”nu qəbul edib. Üç qolun qeydə alındığı matçda qonaqlar qələbə qazanıb.

İkinci oyun günündə daha bir qarşılaşma keçirilib. “Brest” doğma meydanda “Strasburq”a minimal hesabla uduzub.

Çempionluğu rəsmiləşdirən PSJ bur turda “Trua” ilə qarşılaşıb. Paris təmsilçisi bu oyunda qələbəni əldən verib.

Fransa Liqa 1, 36-cı tur

6 may

Lill – Monako 1:2
Qol: A.Qomes, 69 – Tçuameni, 42; 75.

7 may

Brest – Strasburq 0:1
Qol: Qameyro, 72.

8 may

Mets – Lion 3:2
Qol: Payot, 27. Lamkel, 40. Bulaya, 90 – Dembele, 43; 84.

Anje – Bordo 4:1
Qol: Ço, 5. Mendi, 36. Bahoken, 62. Laqe, 90 – Mara, 60.

Klermon – Monpelye 2:1
Qol: Raşami, 4. Bayo, 69-pen – Şotar, 32.

Reyms – Lans 1:2
Qol: Zeneli, 28 – Sotoka, 55. Fofana, 90+1.

Loryan – Marsel 0:3
Qol: Dienq, 39. Genduzi, 48. Jerson, 67.

PSJ – Trua 2:2
Qol: Markinyos, 6. Neymar, 25-pen – Uqbo, 30. Tardieu, 49-pen.

11 may

21:00 Nitsa – Sent-Etyen
23:00 Nant – Renn

Bombardir: Kilian Mbappe (PSJ) – 25 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right