"Beşiktaş" Belçika millisinin üzvünü transfer edir

Türkiyənin "Beşiktaş" klubu yayda heyətini yeni müdafiəçi ilə gücləndirməyi planlaşdırır.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Benfika"da çıxış edən Yan Vertongeni gündəminə alıb. Portuqaliya klubundan ayrılmaq istəyən 35 yaşlı mərkəz müdafiəçisi "Beşiktaş"da oynamağa isti yanaşır. Türkiyə klubunun rəhbərliyi Vertongeni pulsuz transfer etmək üçün "Benfika" ilə danışıqlar aparır.

Qeyd edək ki, Yan Vertongen "Benfika"ya 2020-ci ilin yayında "Tottenhem"dən keçib. Onun Lissabon klubu ilə 1 illik müqaviləsi var. Belçika millisinin üzvü cari mövsümdə "Benfika"nın heyətində meydana çıxdığı 45 matçda 3 qol ötürməsi ilə yadda qalıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right