Avroliqada həftənin ən yaxşı oyunçusu bəlli oldu

Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Newsport.az xəbər verir ki, bu ada Şotlandiyanın “Reyncers” klubundan Ceyms Tavernye layiq görülüb.

31 yaşlı müdafiəçi Almaniyanın “Leypsiq” komandasına 3:1 hesabı ilə qalib gəldikləri görüşdə vurduğu qolla diqqət mərkəzinə düşüb.

Avroliqada həftənin ən yaxşı oyunçusu adına İngiltərənin “Vest Hem” klubundan Deklan Rays, Almaniya “Leypsiq”indən Kristofer Nkunku və “Ayntraxt”dan (Frankfurt, Almaniya) Evan Ndikka da namizəd idi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right