Ranqnik "Mançester Yunayted"ə pis təsir edib

"Mançester Yunayted"in futbolçuları komandanın baş məşqçisi Ralf Ranqnikə inamını itirib.

Newsport.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. Ranqnikin bəzi addımları "Qırmızı şeytanlar"ın oyunçuları arasındakı duruma və matçlardan sonra paltardəyişmə otağındakı atmosferə də pis təsir edib. Hətta bəzi oyunçular Ranqnikin heyət üçün düzgün seçimlər etmədiyini də düşünür.  

Mütəxəssisin qərarları, o cümlədən də komandanın "Liverpul"la ötən həftə keçirilən görüşdəki 5 müdafiəçi ilə oynaması bir çox futbolçunu təəccübləndirib. Ranqnikin mətbuata verdiyi açıqlamalar futbolçuların diqqətindən yayınmayıb. Bildirir ki, bəzi oyunçular Ralfın mətbuat konfransları zamanı ictimai tənqidlər etməsindən narazıdırlar.

Qeyd edək ki, "Mançester Yunayted" bir neçə gün əvvəl Erik Ten Haqla müqavilə imzalayıb. O, növbəti mövsümdən etibarən İngiltərə təmsilçisini çalışdıracaq. Ranqnik isə yayda komandanın baş məşqçisi vəzifəsindən ayrılacaq. Lakin o, Ten Haqın məşqçilər korpusunda yer almaq istəyir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right