Premyer Liqa klubu kosta-rikalı qolkiper üçün danışıqlara başladı

Yeni mövsümdən İngiltərə Premyer Liqasının iddialı klublarından birinə çevriləcəyi ehtimal edilən “Nyukasl” çərçivəni Keylor Navasa tapşırmaq istəyir.

Newsport.az-ın məlumatına görə, İngiltərə klubunun rəsmiləri kosta-rikalı qapıçı üçün indidən hərəkətə keçib.

​Paris klubundakı durumundan narazı olan Navas “Nyukasl”ın ilkin təklifinə razılıq verib. 35 yaşlı qapıçının yayda Premyer Liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayacağı iddia edilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right