Latviya çempionatında 8-ci turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” doğma meydanda “Valmiera” ilə qarşılaşıb. Matç qonaqların 5:1 hesablı qələbəsiylə başa çatıb.
Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib.
8 turdan sonra 3 xal toplayan “Super Nova” 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.