Emil Balayevin komandası "Kayrat"ı məğlub etdi

Qazaxıstan Premyer Liqasında 7-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, millimizin qapıçısı Emil Balayevin çıxış etdiyi "Turan" səfərdə "Kayrat"ın qonağı olub. Türküstan təmsilçisi bu matçda rəqibini 1:0 hesabı ilə məğlub edib.

Emil Balayev komandasının qələbəsini kənardan izləyib. O, 90 dəqiqə ehtiyat oyunçular skamyasında olub.

Xallarını 6-ya yüksəldən "Turan" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right