Namik Ələskərovun komandası baş məşqçisiz qaldı

Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" klubunun baş məşqçisi Mustafa Er cəzalandırılıb.

Newsport.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis Türkiyə I Liqasının 31-ci turunun "İstanbulspor"la oyunundakı davranışlarına görə cəzaya məruz qalıb.

Baş məşqçi hakimin ünvanına təhqiramiz ifadələr səsləndirdiyinə görə İntizam Komitəsi tərəfindən üç oyunluq diskvalifikasiya edilib. Mustafa Erə həmçinin, pul cəzası da verilib.

"Bursaspor" sona 5 tur qalmış 32 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right