Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Megel Krespo zədələnib.
Super Liqanın 34-cü turunun "Rizəspor"la səfər oyununda (6:0) ayağından xəsarət alan 26 yaşlı futbolçu meydanı tərk edib. Dərhal xəstəxanaya aparılan portuqaliyalı yarımmüdafiəçinin sağ ayaq barmağında sınıq aşkarlanıb.
Krespo "Fənərbaxça"ya mövsümün əvvəlində Portuqaliyanın "Eştoril" klubundan keçib. O, "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 30 oyunda 3 qol və 3 qol ötürməsi ilə yadda qalıb.