Futbolçuları “Sumqayıt”la “Kəpəz”i ziyana saldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 22-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.

“Sumqayıt-2” – “Zirə-2” oyununda “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

“Qaradağ Lökbatan” – “Zaqatala” oyununda “Qaradağ Lökbatan”ın futbolçusu Sərxan Abdullayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə buna görə 20 manat cərimə olunub.

“Kəpəz” – “Səbail-2” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right