“Bu, ən yaxşı oyunumuz idi” Məhəmməd Salah

“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 30-cu turundan təxirə salınmış oyunda “Mançester Yunayted” üzərində qazandıqları qələbəni (4:0) şərh edib.

Newsport.az-ın məlumatına görə, misirli futbolçu, “Mançester Yunayted”lə matçın ən yaxşı oyunlarından biri olduğunu deyib:

“Birinci qolu vuran kimi ikinci və üçüncü qolları vurmaq istəyirik. Bu, ən yaxşı oyunumuz idi. İnşallah, belə davam edəcəyik. Bu klubda çox qol vururam. Bəzən isə qol vurmaq qismət olmur. Əsas, komandanın qələbəsidir. Biz sadəcə özümüzə fokuslanmalıyıq, qalanı isə bizim əlimizdə deyil”.

“Liverpul” Premyer Liqada 32 matçdan sonra 76 xalla turnir cədvəlinə başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right