Mahir oynadı, "Dinamo" səfərdə uduzdu

Azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Xorvatiya çempionatında növbəti matçına çıxıb.

Newsport.az-ın məlumatına görə, Zaqreb təmsilçisi IX turdan təxirə salınmış oyunda "Hayduk"la qarşılaşıb. Matç "Dinamo"nun minimal hesablı məğlubiyyəti ilə başa çatıb.

Mahir bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

​"Dinamo" 66 xalla çempionatda liderdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right