Pele yenidən xəstəxanaya yerləşdirildi

Dünya futbolunun canlı əfsanəsi Pele yenidən xəstəxanaya yerləşdirilib.

Newsport.az ESPN-ə istinadən xəbər verir ki, üçqat dünya çempionu əvvəllər kimyaterapiya seanslarından keçdiyi San-Pauludakı Albert Eynşteyn xəstəxanasına aparılıb.

82 yaşlı braziliyalı keçmiş futbolçu həkim nəzarətindədir. Onun həyatı üçün heç bir təhlükə yoxdur. 

Xatırladaq ki, bu ilin mart ayının əvvəlində Pele infeksiyaya görə müalicə olunduqdan sonra xəstəxanadan buraxılmışdı. O, daha əvvəl yoğun bağırsağındakı şişə görə əməliyyat olunub. Son illərdə Pele bir sıra ciddi sağlamlıq problemləri yaşayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right