"Əsas məqsədimiz heç kimin oynamaq istəmədiyi komanda olmaqdır" Klopp

“3:1 hesabı 2:0 hesabı kimi sürüşkəndir. "Benfika" ilə oyun bizim üçün çox vacibdir. Keçən il vəsiqə qazanmaq üçün çox çalışdıq və indi yarımfinala yüksələ bilərik, bu inanılmazdır".

Newsport.az xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/4 finalında "Benfika" ilə cavab oyunu öncəsi UEFA-nın saytına açqlamasında deyib:

"Portuqaliyadakı maçtda yaxşı idik, oyunumuz xoşuma gəldi. Əsas məqsədimiz yenə heç kimin oynamaq istəmədiyi komanda olmaqdır. Rəqib çox aqressivdir, yaxşı müdafiə olunur. Biz onların necə oynadıqlarını daha yaxşı bilirik” - deyə o bildirib.

Qeyd edək ki, "Liverpul" - "Benfika" görüşü sabah keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşmada İngiltərə təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right