"Bavariya"nın prezidenti Herbert Hayner komandası hücumçusu Tomas Müllerin gələcəyi haqqında danışıb .
Newsport.az xəbər verir ki, o 32 yaşlı oyunçunun karyerasını Münhen təmsilçisində bitirəcəyinə inandığını deyib:
"Mən qəti şəkildə inanıram ki, Müller "Bavariya"ya məxsusdur və o, karyerasını burada bitirəcək".
Qeyd edək ki, Müllerin klubu ilə müqaviləsi 2023-cü ilin iyun ayına qədərdir.