Muarem "Eskişehirspor"da debüt etdi

"Qarabağ"ın sabiq futbolçusu Muarem Muarem yeni komandası - "Eskişehirspor" klubunda debüt edib.

Newsport.az-ın məlumatına görə, makedoniyalı futbolçu Özbəkistanın "Olmalıq" klubu ilə yoxlama görüşündə meydana çıxıb.

Oyun 2:1 hesabı ilə Türkiyə klubunun xeyrinə başa çatıb. Muarem iki fərqli heyətin oynadığı görüşün ikinci hissəsində meydana daxil olub.

Qeyd edək ki, 26 yaşlı futbolçu 2012-2015-ci illərdə "Qarabağ"ın şərəfini qoruyub. O, keçirdiyi 99 oyunda 17 dəfə rəqib qapılarına yol tapıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right