"Neftçi"dən qovuldu, vətənində klub tapdı

"Neftçi"dən ayrılan hollandiyalı hücumçu Melvin Platye özünə yeni klub tapıb.
 
Newsport.az saytının məlumatına görə, hücumçu karyerasını vətənində davam etdirəcək. 25 yaşlı futbolçu Hollandiyanın I dəstə klubu “Venlo” ilə 1 illik müqavilə bağlayıb.
 
Qeyd edək ki, ötən mövsüm “Neftçi”nin 14 çempionat matçında cəmi 1 qol (penaltidən) vuran Melvin Platye qışda İsveçin “Kalmar” klubuna icarəyə verilmişdi. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right