“Məğlub olmağa layiq idik" Naqelsmann

"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının 1/4 finalında "Vilyarreal"a 0:1 hesabı ilə uduzduqları ilk oyunu şərh edib.

Newsport.az xəbər verir ki, o, UEFA-nın saytına açıqlamasında deyib: “Biz məğlub olmağa layiq idik. Komanda yaxşı görünmürdü. İlk hissədə müdafiədə gücümüz çatmadı, hücumda da az şanslar yaratdıq. İkinci hissə isə olduqca çılğın idi. Oyuna nəzarəti itirdik , çünki qol vurmaq istəyirdik, amma əvəzin də daha iki qol buraxa bilərdik".

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü aprelin 12-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right