Mərakeş millisi DÇ-2022-də oynamağa haqq qazanıb.
Newsport.az xəbər verir ki, bu komandanın baş məşqçisi Vahid Halilociç şəxsi rekorda imza atmış olub.
Belə ki, 70 yaşlı mütəxəssis 4 fərqli komanda ilə dünya çempionatında iştirak edəcək ilk mütəxəssis ünvanına sahib çıxıb. Təcrübəli məşqçi bundan əvvəl Fil Dişi Sahili, Əlcəzair və Yaponiya yığmaları ilə mundialda iştirak etmişdi.