"Barselona" Madriddə evini satışa çıxaran Ardaya 2 villa təklif etdi

"Barselona"nın yeni transferi Arda Turan Kataloniyada yeni ev axtarışına başlayıb.

Newsport.az-ın məlumatına görə, artıq Madriddəki evini satışa çıxaran türkiyəli yarımmüdafiəçi yaxın günlərdə sevgilisi Aslıhan Doğanla ailə quracaq. Ardanın necə evdə yaşayacağı da diqqət mərkəzindədi. Klub ona iki ev təklif edib.

 Bunlardan biri "Barsa"nın ev oyunlarını keçirdiyi "Nou Kamp"dan 25 km uzaqlıqda olan Kastelldefels şəhəridi. Burda Lionel Messi başda olmaqla Andres İnyesta, Serxio Buskets və İvan Rakitiç yaşayır. Ardaya təklif edilən villa lüks, hovuzlu və dəniz mənzərəlidi. İkinci təklif isə "Nou Kamp"a yaxın, Suares, Neymar və Pikenin yaşadığı şəhər mərkəzdi.

 Baş məşqçi Luis Enrikenin 6 aylıq Arda üçün hazırldağı xüsusi məşq proqramına əsasən demək olar ki, futbolçunun şəhərdən kənardakı evi seçmə ehtimalı daha çoxdu. Onun özü də proqrama əməl etmək üçün sakit bir yerə ehtiyacı olduğunu bildirib. Əgər Arda şəhərdən kənara köçsə, Lionel Messiyə qonşu olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right