Rusiyanın Ukraynaya hərbi təcavüzü zamanı keçmiş futbolçu həlak olub.
Newsport.az xəbər verir ki, "Krivbas" klubunda çıxış etmiş Volodimir Kolesnik Avdeyevkadakı döyüşlərdə ağır yaralanıb. Sabiq futbolçu Dnepr xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Kolesnik Rusiyannı hücumu nəticəsində həyatını itirmiş üçüncü futbolçudur. Daha əvvəl "Karpat" klubunun oyunçusu Vitali Sapilo Rusiya qoşunları ilə döyüş zamanı ölüb. Həmçinin “Qostomel”in 25 yaşlı futbolçusu Dmitri Martinenko Rusiyanın bombardmanı nəticəsində evində anası ilə birlikdə həlak olub.