İngiltərə millisi yoldaşlıq görüşündə İsveçrəni məğlub edib – 2:1.
Newsport.az-ın məlumatına görə, bu matçda fərqlənən ingilis hücumçu Harri Keyn yığma ilə vurduğu qolların sayını 49-a çatdırıb.
Forvard qol sayında millinin sabiq üzvü Bobbi Çarltonu geridə qoyaraq 2-ci sıraya yüksəlib.
İngiltərə yığmasının bombardiri 53 qolla keçmiş hücumçu Ueyn Runidir.