Bruno Fernandes “Mançester Yunayted”lə yeni müqavilə imzalamağa hazırlaşır.
Newsport.az-ın məlumatına görə, bu barədə jurnalist Nikolo Şkira məlumat yayıb. Məlumatda qeyd olunur ki, Fernandesin “qırmızı şeytanlar”la yeni müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Futbolçunun illik maaşı 16 milyon avro olacaq.
Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin qışında “Sportinq”dən 60 milyon avroya transfer olunub. Portuqaliya millisinin üzvü cari mövsümdə MY-nin heyətində meydana çıxdığı 37 oyunda 9 qol, 14 ötürmə ilə yadda qalıb.