Braziliya millisinin sabiq oyunçusu Ronaldinyonun yeni klubu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, 35 yaşlı hücumçu ölkəsinin "Fluminense" klubuna transfer olunub. Onunla 2016-cı ilin dekabrına kimi müqavilə imzalanıb. Ronaldinyo yeni klubunda illik 2 milyon 760 min avro qazanacaq.
Qeyd edək ki, Ronaldinyonun adı Türkiyənin "Antalyaspor" klubu ilə hallanırdı.