Azərbaycan milli komandasının sabiq çalışdırıcısı Robert Prosineçkinin yeni iş yeri məlum olub.
Newsport.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis Sloveniyada işləyəcək. O, bu ölkənin tanınmış klublarından olan “Olimpiya” ilə anlaşıb.
Bir ara Azərbaycan millisinin baş məşqçi postuna qayıdacağı iddia edilən 53 yaşlı mütəxəssis Lyublyana klubu ilə 1,5 illik müqavilə imzalayıb.