Ukraynada yaşayan azərbaycanlı: "Təkliflər var, sadəcə ölkəni tərk edə bilmərəm"

Hazırda Ukraynadakı vəziyyətlə əlaqədar olaraq ölkədəki futbol turnirləri də dayanıb.

Newsport.az saytının məlumatına görə, “Minay”ın futbolçusu Eldar Quliyevə bir neçə ölkədən icarə əsasənda oynamaq təklif edilib. Ondan həmçinin Azərbaycandan da maraqlananlar olub.

Futbolçu Ukrayna vətəndaşlığına sahib olduğundan ölkəni tərk edə bilmir. Məhz bu səbəbdən Eldar müharibə sona çatana qədər Ukraynada qalmalı olacaq. Məsələ haqda o, özü saytımıza açıqlamasında bunları deyib:

"Hələ ki, mən olan yerdə vəziyyət normaldı. Karyeramla bağlı isə yenilik yoxdu. Təkliflər var, icarə əsasında oynamaqla bağlı da dəvətlər var. Amma ölkəni tərk edə bilmirəm. Azərbaycandan da soruşanlar olur. Təbii ki, Azərbaycan pasportum olsaydı, Ukraynanı tərk edə bilərdim. Amma hazırki vəziyyətdə bu, mümkün deyil".

​Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra ölkədə hərbi səfərbərlik elan edilib. Belə olan halda 18-60 yaş aralağında olan kişilərin Ukraynanı tərk etməsi qadağan edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right