Xorvatiya mətbuatı Mahir barədə yazdı: "Dinamo" hələ də axtarışdadı"

Xorvatiya mətbuatı "Dinamo"nun hücum xəttini gücləndirməyin zəruri olduğundan yazarkən komandanın qış transferi Mahir Emreliyə də yer veriblər. 

Newsport.az-ın məlumatına görə, xorvatiyalı həmkarlarımız Zaqreb klubunun yeni forvarda ehtiyac olduğuna mesaj verib:

"Dinamo" qış "transfer pəncərəsi" zamanı Mahir Emreli ilə müqavilə imzaladı. Bu, Martin Ojedanın transferinin baş tutmamasından sonra təsəlliverici mükafat idi. Azərbaycanlı forvard 2020/2021 mövsümündə "Qarabağ"da 22 qol vurmuşdu. “Legiya”da isə o qədər də “öldürücü” deyildi və sonda Polşa klubundan ayrıldı. "Dinamo" hələ də axtarışdadı. Emreli hələ də yaxşı transfer hesab edilə bilər. Amma “Dinamo”ya təcrübəli, növbəti mövsüm üzərində oyun qura biləcəyi və qollarına inanılacaq bir oyunçu lazımdır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right