Mahirin komandasından səfər qələbəsi

Xorvatiya çempionatında 28-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" səfərdə "Slaven"lə qarşılaşıb. Matç Zaqreb təmsilçisinin 1:0 hesablı qələbəsiylə başa çatıb.

Mahir Emreli sözügedən görüşdə iştirak etməyib. 25 yaşlı forvard zədələndiyi üçün adı matçın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, "Dinamo" yarışın turnir cədvəlində 57 xalla birincidir. "Slaven" isə 30 xalla 7-ci pillədə qərarlaşıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right