Arda Turan Azərbaycan mətbuatına təşəkkür etdi

Türkiyəli ulduz futbolçu Arda Turan Azərbaycana təşəkkür edib.

Newsport.az-ın məlumatına görə, futbolçu rəsmi facebook səhifəsində, “Futbol+” qəzetininin səhifələrinin şəkillərini yerləşdirib və “Azərbaycan mətbuatına Arda Turana olunan diqqətə görə təşəkkür edirik” yazıb.

Türkiyə yığmasının yarımmüdafiəçisi Arda Turan “Barselona” ilə müqaviləyə imza atıb. Razılaşma beş ilə nəzərdə tutulub. 28 yaşlı Turanın Madridin “Atletiko”sundan “Barselona”ya keçməsi iyulun 6-da rəsmi elan edilib. FİFA-nın “Barselona”ya qoyduğu sanksiyalar ucbatından yeni oyunçuları 2016-cı ilin yanvarına qədər meydana çıxmaq haqları yoxdur.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right