Ronaldo qərarını verdi

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo komandası Çempionlar Liqasına vəsiqə qazanmayacağı təqdirdə belə klubdan ayrılmaq niyyətində deyil. 

Newsport.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. "Qırmızı şeytanlar" mövsümün sonunda Premyer Liqada ilk "4-lüy"ə düşə bilməsələr belə, 37 yaşlı hücumçu klubda qalmaq istəyir. Eyni zamanda, Avropanın top klubları arasında portuqaliyalı oyunçuya tələbat yoxdur. Çünki oyunçunun maaş tələblərini çox az klub ödəyə bilir.

Qeyd edək ki, Ronaldo bu mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 33 oyunda 18 qol vurub və 3 qolun ötürməsini verib. “Mançester Yunayted” isə 29 matçda 50 xal toplayıb və 2021/2022 mövsümündə İngiltərə Premyer Liqasının turnir cədvəlində 4-cü yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right