Rusiya və Belarus idmançıları yarışlardan imtina etdilər

Rusiya və Belarus cüdoçuları Beynəlxalq Cüdo Federasiyası (IJF) və Avropa Cüdo İttifaqının (EJU) bayrağı altında keçirilən yarışlarda çıxışlarını dayandırıb. 

Newsport.az xəbər verir ki, bu barədə hər iki ölkənin federasiyasının rəsmi saytı məlumat yayıb. Onlar ölkədən çıxışın çətinliyi və idmançıların təhlükəsizliyi ilə əlaqədar belə qərar verdiklərini bildiriblər. 

​Xatırladaq ki, daha əvvəl IJF Rusiya və Belarusda keçirilən beynəlxalq yarışları ləğv edib, həmçinin ölkə prezidenti Vladimir Putinin qurumun fəxri prezidenti və səfiri səlahiyyətlərini dayandırıb. Bundan başqa, Rusiya və Belarus cüdoçularının beynəlxalq turnirlərdə neytral statusda çıxış etməsinə qərar verilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right