"Çelsi" İngiltərə hökumətindən bunu xahiş etdi

"Çelsi" İngiltərə hökumətindən kluba qoyulan qadağaları yüngülləşdirməyi xahiş edib. 

Newsport.az-ın məlumatına görə, bu barədə "The Telegraph" məlumat yayıb. London klubu İngiltərə hökumətindən futbolçuların transferinə və müqavilənin uzadılmasına qoyulan qadağaları aradan qaldırmağı xahiş edib. "Zadəganlar" düşünür ki, bu məhdudiyyətlər komandada oyunçu çatışmazlığına səbəb olacaq. 

Qeyd edək ki, Böyük Britaniya martın 10-da Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib . Klub futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb. Lakin kluba matçlara bilet satmaq, transfer etmək və oyunçularla müqavilə yeniləmək qadağan edilib. Həmçinin "Çelsi"nin bank hesabı bloklanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right