“Mançester Yunayted” “Tottenhem”i məğlub yola saldı

Futbol üzrə İngiltərə Premyer Liqasında 29-cu tura start verilib.

Newsport.az-ın məlumatına görə, 3 gün ərzində keçiriləcək turun açılış oyununda “Brayton” və “Liverpul” kollektivləri üz-üzə gəliblər. Qonaqlar bu oyundan inamlı qələbə ilə ayrılıblar.

Ən maraqlı oyunlardan biri “Old Trafford”da olub. İki oyundur qələbə qazana bilməyən, üstəlik, ötən tur derbidə “Mançester Siti”yə böyük hesabla məğlub olan “Mançester Yunayted” azarkeşlərin könlünü almaq üçün “Tottenhem”lə matçdan 3 xalla ayrılmaq niyyətindəydi. London klubu isə ardıcıl üçüncü qələbəyə köklənmişdi. Amma “qırmızı şeytanlar” Kristiano Ronaldonun het-trik etdiyi qarşılaşmadan qələbə ilə ayrılıb.

2022-ci ildə uğurlu çıxış edən “Nyukasl” 9 oyunluq məğlubiyyətsizlik seriyasını “Çelsi” ilə səfər matçında davam etdirmək əzmindədir. Lakin London klubu da Premyer Liqada 5 oyundur uduzmur.

Tura “Kristal Pelas” – “Mançester Siti” görüşüylə yekun vurulacaq.

İngiltərə Premyer Liqası, 29-cu tur

12 mart

Brayton – Liverpul 0:2
Qol: L.Dias, 19. Salah, 61-pen.

Brentford – Bernli 2:0
Qol: Toni, 85; 90+4-pen.

Mançester Yunayted – Tottenhem 3:2
Qol: Ronaldo, 12; 38; 81 – Keyn, 35-pen. Maquayr, 72-öz qapısına.

13 mart

18:00 Vest Hem – Aston Villa
18:00 Lids – Norviç
18:00 Sauthempton – Uotford
18:00 Çelsi – Nyukasl
18:00 Everton – Vulverhempton
20:30 Arsenal – Lester

14 mart

00:00 Kristal Pelas – Mançester Siti

Bombardir: Məhəmməd Salah (Liverpul) – 19 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right