Avroliqada 1/8 final mərhələsinə start verilir Yenilənir

Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə start veriləcək.
 
Newsport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
 
“Portu” doğma meydanda Lion “Olimpik”i ilə üz-üzə gələcək. “Betis” isə Sevilyada “Ayntraxt”la qarşılaşacaq.
 
Qalan oyunlar sabah keçiriləcək. Bu mərhələnin 8 oyunundan biri baş tutmayacaq. Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya “Leypsiq”i 1/4 finala birbaşa vəsiqə qazanıb.
 
Avropa Liqası
1/8 finalın ilk oyunları
9 mart
 
21:45. "Betis" (İspaniya) - "Ayntraxt" (Almaniya)
21:45. "Portu" (Portuqaliya) - "Olimpik" (Lion, Fransa)




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right