“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik futbolçusu Kriştiano Ronaldonun zədə səbəbindən Premyer Liqanın 28-ci turunda “Mançester Siti” ilə oyunu (1:4) buraxması haqda danışıb.
Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o deyib: “Tibb şöbəmə etibar etməliyəm. Həkim cümə günü səhər məşqdən əvvəl yanıma gəldi və Ronaldonun bir növ omba probleminə görə məşq edə bilməyəcəyini söylədi. Eyni hadisə şənbə günü də baş verdi.
Bu, sadəcə bir faktdır. Oyunçular zədəli olduqlarını və oynaya bilməyəcəklərini həkimə və tibb şöbəsinə bildirirlər. Bir məşqçi kimi bunu qəbul etməliyəm. Bir futbolçu zədəsi olduğunu düşünsə, onu oynamağa məcbur edə bilmərəm”.