İtaliya kuboku Milan derbisində qalib müəyyənləşmədi

Futbol üzrə İtaliya kubokunda yarımfinal mərhələsinə start verilib.

Newsport.az saytının məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub.

“Milan” “İnter”lə üz-üzə gəlib. Milan təmsilçiləri arasındakı ilk oyunda qapılara qol vurulmayıb. Bu komandalar finala vəsiqənin taleyinə aprelin 20-də keçiriləcək cavab oyununda aydınlıq gətirəcəklər.

Yarımfinalın digər görüşü “Yuventus”la “Fiorentina” arasında baş tutacaq. İlk oyun martın 2-də, cavab qarşılaşması isə aprelin 20-də keçiriləcək.

İtaliya kuboku
Yarımfinal

1 mart

Milan – İnter 0:0

2 mart

00:00. Fiorentina – Yuventus





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right