Futbol üzrə Türkiyə Super Liqasında 27-ci tura start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub. “Adana Dəmirspor” – “Antalyaspor” matçında qalib müəyənləşməyib. Hər keçən tur çempionluğa bir az da yaxınlaşan “Trabzonspor” isə “Kayserispor”la üz-üzə gəlib. İlk yarıda iki qol buraxan Trabzon təmsilçisi fasilədən sonra üç qol vurmaqla əzmkar qələbəyə sevinib.
“Beşiktaş” səfərdə “Sivasspor”la qarşılaşıb. İstanbul təmsilçisi səfərdə çətin qələbəyə sevinib. İstanbulun digər təmsilisi “Başakşəhər” isə doğma meydanda “Fatih Karagümrük”ə məğlub olub.
Bazar günü daha beş qarşılaşma baş tutub. “Altay” “Qaziantep”i, “Girəsunspor” “Göztəpə”ni, “Alanyapor” “Konyaspor”u, “Hatayspor” isə “Yeni Malatyaspor”u məğlub yola salıb. “Qalatasaray” da “Rizəspor”la ev oyunundan qalib ayrılıb.