Nazirdən Çempionlar Liqasının finalına boykot çağırışı

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass futbol üzrə Çempionlar Liqasının finalını boykot etməyə çağırıb.

Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, o, İngiltərə klublarının Sankt-Peterburqdakı oyunu Rusiya – Ukrayna münaqişəsinə görə boykot etməli olub-olmaması ilə bağlı sualı cavablandırıb:

“Bəli. Mən onların yerində olsaydım, final oyununu boykot edərdim. Şəxsən mən Vladimir Putin rejiminin etdiklərini nəzərə alsaq, Sankt-Peterburqdakı oyunda iştirak etmək istəməzdim”.

Çempionlar Liqasında cari mövsümün final matçı mayın 28-də Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right