"Borussiya" (Dortmund) klubunun yarımmüdafiəçisi Nuri Şahin zədələnərək sıradan çıxıb.
Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın son məşqində sol dizindən zədələnən futbolçu əməliyyat olunub.
Türkiyə millisinin üzvünün iki ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Bununla da, 25 yaşlı futbolçu Çempionlar Liqasının qrup mərhələsinin üç oyununda və Bundesliqada "Bavariya" ilə görüşdə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, ötən mövsüm "Borussiya"nın heyətində 43 oyun keçirən Nuri Şahin 2 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.