"Mançester Siti"nin (İngiltərə) baş məşqçisi Pep Qvardiola ötən gecə Çempionlar Liqasının 1/8 final mərhələsində "Sportinq"i (Portuqaliya) darmadağın etdikləri matçı (5:0) şərh edib.
Newsport.az xəbər verir ki, 51 yaşlı mütəxəssis "şəhərlilər"in oyunundan razı qalmadığını bildirib:
"Məni səhv başa düşməyin, amma biz daha yaxşı çıxış edə bilərdik. Ən yaxşı oyunumuz bu deyildi. Bəzi futbolçularımızın çox aşağı səviyyədə oyun nümayiş etdirdi. Topu asanlıqla itirirdik. "Sportinq"lə aramızdakı fərq 5:0 deyil. 1/4 finala adlamaq üçün cavab oyununda da qalib gəlmək istəyirik".
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 9-u Mançesterdə keçiriləcək.